09:20
679
Son sutkada kriptovalyuta bazarında əsas aktivlərin əksəriyyətində qiymət artımı qeydə alınıb.
“APA-Economics” xəbər verir ki, bazarın aparıcı aktivi olan Bitcoin-in qiyməti son 24 saatda 2,08% artaraq 75 890 ABŞ dolları olub.
İkinci ən böyük kriptovalyuta olan Ethereum-un qiyməti 1,90% yüksələrək 2 318 ABŞ dollarına çatıb.
Digər əsas aktivlərdə də artım müşahidə edilib. Belə ki, XRP 1,58% bahalaşaraq 1,42 ABŞ dolları, BNB 1,74% artaraq 631 ABŞ dolları, Solana isə 1,30% yüksələrək 85,55 ABŞ dolları səviyyəsinə çatıb.
Eyni zamanda, Dogecoin-in qiyməti 0,92% artaraq 0,095 ABŞ dolları təşkil edib. Stabilkoin olan Tether-in qiyməti isə dəyişməyərək 1,00 ABŞ dolları səviyyəsində qalıb. TRON-un qiyməti isə 1,06% azalaraq 0,328 ABŞ dolları olub.