Hörmüz boğazı ilə bağlı danışıqlar Fars körfəzi ölkələrində narahatlıq doğurur Dünya

Hörmüz boğazı ilə bağlı danışıqlar Fars körfəzi ölkələrində narahatlıq doğurur

ABŞ və İran arasındakı danışıqların Hörmüz boğazı üzərində nəzarət məsələlərinə fokuslanması Fars körfəzi ölkələrini narahat edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ekspertlərə istinadən yazır.

"Fars körfəzi ölkələrində ən böyük narahatlıq doğuran fakt odur ki, regionda İranın raketləri, pilotsuz təyyarələri və proksi qüvvələri tərəfindən dəfələrlə həyata keçirilən hücumlara baxmayaraq, danışıqlar qlobal iqtisadi təsiri səbəbindən getdikcə demək olar ki, yalnız Hörmüz boğazı ətrafında qurulur", — deyə agentlik analitiklərin rəyinə istinadən qeyd edir.

Əmirlik Siyasi Mərkəzinin rəhbəri Ebtesam Əl-Ketbi bildirib ki, İran ətrafında baş verənlər tarixi nizamlanmadan daha çox "məqsədyönlü şəkildə davamlı münaqişə yaradılmasına" bənzəyir. O əlavə edib ki, raket proqramı və Yaxın Şərqdəki proksi qüvvələrin fəaliyyəti məsələlərinin eyni vaxtda həll edilməsi Fars körfəzi ölkələri və İsrailin maraqlarına uyğun olardı.

Məryəm Quliyeva