Səfir Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti nümayəndə heyəti ilə görüş keçirib Dünya

Səfir Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti nümayəndə heyəti ilə görüş keçirib

Ukrayna Səfirliyində Ukraynanın səfiri Yuriy Husyev Azərbaycanda təcrübə mübadiləsi və humanitar minatəmizləmə üzrə təlim proqramında iştirak məqsədilə səfərdə olan Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti (FHDX) nümayəndə heyəti ilə görüş keçirib.

Səfər Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA – Azerbaijan National Agency for Mine Action) arasında qarşılıqlı anlaşma haqqında Memorandumun icrası çərçivəsində həyata keçirilir. Sözügedən sənəd ötən ilin dekabr ayında Tokioda mina fəaliyyətinə dair illik #UMAC2025 konfransı zamanı imzalanıb. Bu həftə DSNS mütəxəssisləri “Humanitar minatəmizləmə tədbirlərinin planlaşdırılması və təşkili” mövzusunda təlimdə iştirak edirlər.

Ukrayna və Azərbaycan minatəmizləmə sahəsində unikal təcrübəyə malikdir. Tərəflər mina əleyhinə fəaliyyət sahəsində Ukrayna-Azərbaycan əməkdaşlığının dərinləşdirilməsi yollarını müzakirə etmiş və konkret növbəti addımlar barədə razılığa gəliblər.

Cavid