Kallas: Azərbaycan və Ermənistan arasında normallaşma Aİ üçün həddən artıq vacibdir
Azərbaycanda ölümündən sonra orqanlarını bağışlamaq üçün müraciət edənlərin sayı 1400-ü keçib
Ötün gün ölkədə elektrik enerjisinin istehsalında bərpa olunan mənbələrin payı 36%-i ötüb
“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk edən ilk komanda olub
10:49
714
Yaxın Şərqdəki münaqişə fonunda qlobal neft qiymətlərinin artması Türkiyədə inflyasiya və ölkənin ümumi iqtisadi göstəricilərinə təzyiq yaradacaq.
Bu barədə Türkiyənin “Dünya” qazeti Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birola istinadən xəbər verir.
Bununla belə, onun fikrincə, yaranan vəziyyətdə Türkiyənin dayanıqlılığı digər regionlarla müqayisədə daha yüksəkdir.
“Türkiyə, Asiya və Avropa ölkələri qədər sərt təsirlənməyəcək”, - Fatih Birol vurğulayıb.
O, həmçinin qeyd edib ki, xəzinə və maliyyə naziri Mehmet Şimşeklə görüşü zamanı da gündəmə gələn Basra-Ceyhan boru kəməri kimi alternativ marşrutlar Türkiyənin enerji təchizatı təhlükəsizliyi üçün kritik əhəmiyyət daşıyır.