Zelenski Uitkoff və Kuşnerin mümkün Kiyev səfərinə münasibət bildirib Dünya

Zelenski Uitkoff və Kuşnerin mümkün Kiyev səfərinə münasibət bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşnerin mümkün Kiyev səfərinə münasibət bildirib.

APA xəbər verir ki, dövlət başçısı bu barədə "Telegram" kanalında yazıb.

O qeyd edib ki, bu səfər Ukrayna üçün deyil, daha çox ABŞ üçün vacibdir.

Zelenski əlavə edib ki, bu məsələni şişirtməyə ehtiyac yoxdur və bundan sensasiya yaratmaq doğru deyil.