10:20
623
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) ilə Çin Qadın Sahibkarlar Assosiasiyası arasında işgüzar görüş keçirilib.
Görüşdə AQSİA-nın İdarə Heyətinin sədri və üzvləri ilə yanaşı, Azərbaycan Respublikasının Milli Məclisinın deputatları Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Allahverənov iştirak edib.
Tədbirin əsas məqsədi Azərbaycan və Çin arasında qadın sahibkarlığının inkişafı sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsini, təcrübə mübadiləsinin aparılmasını və yeni təşəbbüslərin həyata keçirilməsini müzakirə etmək olub. Görüş çərçivəsində qadın sahibkarların iqtisadi fəallığının artırılması, innovativ layihələrin dəstəklənməsi və beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi məsələləri nəzərdən keçirilib.
Tərəflər həmçinin gələcək əməkdaşlıq perspektivlərini, ortaq layihələrin həyata keçirilməsi imkanlarını və qadın sahibkarlığının təşviqi istiqamətində birgə fəaliyyət planlarını müzakirə ediblər.
Görüş iştirakçıları əminliklə bildiriblər ki, bu görüş Azərbaycan ilə Çin arasında iqtisadi və sosial əlaqələrin möhkəmləndirilməsinə, xüsusilə qadın sahibkarlığının inkişafına mühüm töhfə verəcəkdir.
Cavid
