20 Aprel 15:36
09:10
679
İran ABŞ tərəfindən təhdidlər davam edəcəyi təqdirdə, Vaşinqtonla danışıqlar aparmayacağını bəyan edib.
APA xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf sosial şəbəkədə yazıb.
O bildirib: “Donald Tramp danışıqları təslim müqaviləsinə çevirmək istəyir. Lakin biz daimi təhdidlər şəraitində aparılan dialoqu qəbul etmirik”.
Qalibaf əlavə edib ki, İran döyüş meydanında yeni güc balansını nümayiş etdirməyə hazırdır.
10:48
280
10:48
280
10:35
434