KİV: Qətər-Türkiyə-Avropa qaz kəməri layihəsi bahalı və risklidir
Batumidə “İnsanlar üçün ən gözəl nümunə - Məhəmməd Peyğəmbər (s)” mövzusunda konfrans keçirilib
CNN: ABŞ nümayəndə heyəti İranla danışıqlar üçün bu gün Pakistana gedəcək
Səfir Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti nümayəndə heyəti ilə görüş keçirib
09:33
700
Yaxın günlərdə ABŞ Yaxın Şərqə üç aviadaşıyıcı zərbə qrupu göndərəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Hazırda USS Abraham Lincoln aviadaşıyıcı zərbə qrupu Oman körfəzində, Hörmüz boğazının yaxınlığında yerləşir və blokadanı dəstəkləyir.
USS Ford aviadaşıyıcı zərbə qrupu isə Qırmızı dənizin şimal hissəsindədir. O, artıq 300 günə yaxındır ki, oradadır — bu, tarixdəki ən uzunmüddətli ezamiyyətlərdən biridir.
Hər iki gəmi İrandakı hərbi əməliyyatların dəstəklənməsində iştirak edib (USS Ford gəmisi yanğından zərər çəksə də, artıq sıraya qayıdıb).
İndi isə USS George HW Bush aviadaşıyıcısı Madaqaskar yaxınlığındadır və yaxın günlərdə şimala, Ərəb dənizinə doğru hərəkətini davam etdirəcəyi gözlənilir.
Maraqlıdır ki, USS George HW Bush martın 31-də Virciniyanı tərk edib və şərqə — Aralıq dənizi, Süveyş kanalı və Qırmızı dəniz vasitəsilə hərəkət etmək əvəzinə, cənub-şərqə yönələrək Afrikanı dövrə vurub. Bu, yol vaxtını uzatsa da, husilərin gəmilərə hücum etməklə hədələdiyi təhlükəli Bab-əl-Məndəb boğazından yayınmağa imkan verib.
USS George HW Bush böyük ehtimalla USS Ford-u əvəz edəcək, lakin bir müddət Yaxın Şərqdə eyni vaxtda üç ABŞ aviadaşıyıcı zərbə qrupunun olacağı gözlənilir.
Məryəm Quliyeva