İran gəmilərinin keçidi Trampın səylərinin uğursuzluğunu göstərir Gündəm

İran gəmilərinin keçidi Trampın səylərinin uğursuzluğunu göstərir

İran ticarət gəmilərinin Hörmüz boğazından keçməsi ABŞ Prezidenti Donald Trampın bütün səylərinin uğursuzluğa düçar olduğunu nümayiş etdirir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

"Yüklü tankerlərin boğazdan çıxışı, Prezident Donald Trampın "böyük uğur" adlandırdığı Tehrandan neft ixracını dayandırmaq cəhdlərinin məhdud olduğunu göstərir", — deyə agentlik yazır.

Nəşr qeyd edir ki, iqtisadi böhrana və hərbi əməliyyatlara baxmayaraq, İrandakı siyasi rejim "dayanıqlılıq nümayiş etdirir".

Məryəm Quliyeva