“Yeni soyuq rəqabət..”
21 Aprel 19:45
21 Aprel 19:45
21 Aprel 19:32
21 Aprel 19:09
Rusiya MN-in obyektləri yaxınlığında bomba partlatmağı planlaşdıran şəxs saxlanılıb
Dövlət Gömrük Komitəsində maliyyə uçotu və ödənişlərdə nöqsanlar aşkarlanıb
İctimai nəqliyyatda NFC ödənişlərindən istifadə edənlərin sayı açıqlanıb
Nazir: Qazaxıstanın neft ixracını alternativ marşrutlara yönləndirmək imkanı var
09:51
777
Son sutkada kriptovalyuta bazarında əsas aktivlər üzrə artım müşahidə olunub.
“APA-Economics” xəbər verir ki, CoinMarketCap platformasında kriptovalyutanın bazar kapitallaşması 1 trln. 550 mlrd. dollar səviyyəsində formalaşıb.
"Bitcoin"in qiyməti son 24 saatda 2,16 % artaraq 77 458 dollar təşkil edib. İkinci böyük kriptovalyuta "Ethereum" 1,99 % bahalaşıb.
BNB 1,42 % bahalaşaraq 639 dollar, "Monero" 7,66 % bahalaşaraq 381 dollar, "Zcash" 1,48% bahalaşaraq 319 dollara yüksəlib.
Qızıl əsaslı tokenlərdən "PAX Gold" və "Tether Gold" üzrə isə sutkalıq dinamika mənfi olub. Müvafiq olaraq 0,70 % və 0,61 % azalma qeydə alınıb. Buna baxmayaraq, hər iki aktiv üzrə bazar kapitallaşması 2–2,6 mlrd. dollar intervalında qalır.
Ümumilikdə, bazarda müşahidə olunan artım əsasən investor marağının yüksəlməsi, böyük kriptovalyutalara kapital axını və qlobal risk iştahasının artması ilə əlaqələndirilir. Bununla yanaşı, qızıl əsaslı tokenlərdə azalma isə alternativ təhlükəsiz aktivlərə tələbin nisbətən zəifləməsi ilə izah olunur.