“Ukraynanın yeni taktikası Rusiyanı zəiflədir”
19 May 19:56
22 Aprel 09:49
1 512
Bakı metrosunda səhər saatlarından sərnişin sıxlığı müşahidə olunur. Hazırda metronun bir sıra stansiyalarında platforma və keçidlərdə sıxlıq yaranıb.
“Bakı Metropoliteni” QSC-dən "APA-Economics"ə verilən məlumata görə, sıxlığa səbəb qatarlararası intervalın 2,5 dəqiqə olması və qatarların hərəkətinin bu gün şənbə qrafikinə uyğun təşkil edilməsidir:
"Aprelin 22-də günün əsas sərnişin axını saatlarında “28 May-Əhmədli” sahəsində qatarlararası interval 2,5 dəqiqə təşkil edəcək. “Bakmil” istiqamətində hərəkət edən sərnişinlərdən şənbə günü qrafikindən istifadə etmələri xahiş olunur".
Qeyd edək ki, dünən 12:00 radələrində metroda texniki nasazlıq yaranıb və bütün stansiyalara girişə məhdudiyyət qoyulub. Saat 15.00-da stansiyalara giriş bərpa edilib.
19 May 16:41
1 155
19 May 16:10
1 218
19 May 16:09
1 148