Tehran: "Silahlı qüvvələrimiz tam hazır vəziyyətdədir" Gündəm

Tehran: "Silahlı qüvvələrimiz tam hazır vəziyyətdədir"

İran Silahlı Qüvvələri ABŞ və İsrail tərəfindən törədilə biləcək yeni təcavüzlərdən müdafiə olunmağa hazırdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Baqai bəyan edib.

"İran İslam Respublikası bu 'məcburi müharibənin' təşəbbüskarı olmayıb və İranın bütün hərəkətləri ABŞ və sionist rejimin (İsrail nəzərdə tutulur) hərbi təcavüzünə qarşı qanuni müdafiə hüququnun reallaşdırılmasına yönəlib. Bununla əlaqədar olaraq, İran İslam Respublikası döyüş meydanında və siyasi sahədə baş verən hadisələri diqqətlə izləyərək, milli təhlükəsizliyini və maraqlarını qorumaq üçün zəruri tədbirlər görəcək. Silahlı qüvvələrimiz isə ayıq-sayıqlığı qoruyaraq, İranın bütövlüyünü istənilən təhdid və bədniyyətli hərəkətlərdən hərtərəfli və qətiyyətlə müdafiə etməyə hazırdır", — deyə İran XİN-in mətbuat xidməti onun sözlərini sitat gətirib.

Məryəm Quliyeva