14:38
1 064
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçməyə cəhd edən iki gəmini ələ keçirərək İran sahillərinə müşayiət edib.
Xalqcebhesi.az -ın xəbərinə görə, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin bəyanatında deyilir.
"Dəniz təhlükəsizliyini təhdid edən, zəruri icazələri olmayan və naviqasiya sistemlərinə müdaxilə edən iki qayda pozan gəmi — sionist rejimlə əlaqəli MSC FRANCESCA (Panama bayrağı altında üzür) və EPAMINONDAS (Liberiya bayrağı altında üzür) SEPAH Hərbi Dəniz Qüvvələri tərəfindən ələ keçirilərək İran sahillərinə aparılıb", — deyə Mehr agentliyi bəyanatın mətnini dərc edib.
Məryəm Quliyeva