13:42
889
Polşa ABŞ ilə ölkədəki Amerika hərbi kontingentinin artırılması imkanlarına dair danışıqlar aparır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "RMF24" radiostansiyasının efirində Polşanın müdafiə nazirinin müavini Pavel Zalvski bəyan edib.
"Biz Pentaqonla Polşada Amerika hərbi potensialının artırılması mövzusunda danışıqlar aparırıq", — deyə o bildirib. Zalvski əlavə edib ki, "Polşa tərəfinin niyyəti dəyişməz qalır: Amerika potensialının, xüsusilə NATO-nun şərq cinahında gücləndirilməsi".
"ABŞ əsgərlərinin Polşada taleyi ilə bağlı qərar — ABŞ-ın qərarıdır", — deyə Zalvski etiraf edib.
Eyni zamanda o, Polşada Amerika hərbi mövcudluğunun artırılması məsələsinin ABŞ-ın 5 min hərbçisini Almaniyadan çıxarmaq ehtimalı ilə bağlı olub-olmadığını təsdiqləyə bilməyib.
Hazırda Polşa ərazisində təxminən 10 min Amerika hərbi qulluqçusu yerləşir.
Məryəm Quliyeva