09:56
602
Pakistanın xarici işlər naziri İshaq Dar və onun iranlı həmkarı Abbas Əraqçı telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyət barədə fikir mübadiləsi aparıb və regionda sülhün bərqərar olunmasına yönəlmiş səyləri müzakirə ediblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Müzakirələr regional vəziyyət və Pakistanın regionda sülh və sabitliyi təmin etmək üçün davam etdirilən diplomatik səyləri üzərində cəmlənib", — deyə qurumun "X" platformasındakı paylaşımında bildirilir.
Məlumata görə, Əraqçı İslamabadın vasitəçilik səylərini və İranla ABŞ arasındakı danışıqlar prosesindəki konstruktiv rolunu yüksək qiymətləndirib. İshaq Dar isə öz növbəsində vurğulayıb ki, "dialoq və diplomatiya regionda və onun hüdudlarından kənarda sabitliyə nail olmaq, habelə münaqişənin dinc yolla həlli üçün yeganə əlverişli yoldur".
Məryəm Quliyeva