15 May 12:51
2 317
ABŞ-ın Nyu-Meksiko ştatında "Trans Aero MedEvac" şirkətinə məxsus kiçik tibbi təyyarə dağlıq əraziyə düşüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə hakimiyyət orqanlarına istinadən NBC məlumat yayıb.
Qəza nəticəsində göyərtədə olan 4 nəfərin (heyət üzvləri və tibbi personal) hamısı həlak olub.
Hadisə yerində təyyarənin düşməsi nəticəsində təxminən 141 min kvadratmetr ərazini əhatə edən meşə yanğını başlayıb. Hazırda yerli hakimiyyət orqanları və ABŞ Meşə Təsərrüfatı Xidməti yanğını söndürməyə çalışır. Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.
Məryəm Quliyeva
6 İyun 11:39
1 624
6 İyun 09:56
1 652
6 İyun 09:54
1 428