Tramp ABŞ-ın İran üzərində hərbi qələbəsini elan edib Dünya

Tramp ABŞ-ın İran üzərində hərbi qələbəsini elan edib

Birləşmiş Ştatlar İranın hərbi potensialını darmadağın edib və bununla da tam qələbə qazanıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.

"Biz tam hərbi qələbə qazanmışıq. Onların bütün donanmasını tamamilə məhv etmişik. Hərbi Hava Qüvvələrini darmadağın etmişik. Hava hücumundan müdafiə və izləmə sistemlərini tam sıradan çıxarmışıq, liderlərini məhv etmişik", — deyə Amerika lideri öz təyyarəsinin göyərtəsində jurnalistlərə bildirib.

Bununla yanaşı, o, CNN teleşirkəti və "The New York Times" (NYT) qəzeti də daxil olmaqla bir sıra KİV-lərin jurnalistlərini ABŞ-ın qələbəsi haqqında "həqiqəti yazmamaqda" ittiham edib. Tramp jurnalistlərin Tehranın "hərbi cəhətdən hər şeyinin qaydasında olduğu" barədə yazmaq cəhdlərini xəyanət hesab edib.

Məryəm Quliyeva