11:14
609
Amerika rəsmiləri İran hakerlərini ABŞ-ın bir neçə ştatındakı yanacaqdoldurma məntəqələrində yanacağa nəzarət sistemlərinə kiberhücum təşkil etməkdə şübhəli bilirlər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Rəsmi məlumatlara görə, hücum edənlər onlayn sistemlərə şifrə istifadə etmədən daxil olublar və faktiki benzin ehtiyatlarına təsir etmədən yanacaq səviyyəsinin göstəricilərini dəyişdirə biliblər. Hücum fiziki zərər vurmasa da, hakimiyyət orqanları və kibertəhlükəsizlik ekspertləri arasında ciddi narahatlıq yaradıb. Çünki texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sisteminə giriş əldə edilməsi, nəzəri olaraq hakerə hiss olunmadan qaz sızması törətməyə imkan verə bilər. Vaşinqton hesab edir ki, bu cür boşluqlardan ölkənin kritik infrastrukturuna hücum etmək üçün istifadə oluna bilər.
İstintaqın gedişatından xəbərdar olan mənbələr bildiriblər ki, İran əvvəllər də dəfələrlə qaz rezervuarları sistemlərinə hücumlar edib və ölkənin əsas şübhəli bilinməsinin səbəblərindən biri də budur. Lakin mənbələrin xəbərdarlığına görə, hakerlərin geridə sübut qoymaması səbəbindən ABŞ hökuməti təqsirkarları dəqiq müəyyən edə bilməyə bilər.
Məryəm Quliyeva
15 May 20:36
1 253
15 May 18:38
1 372
15 May 17:19
1 470