Departament müdiri: Azərbaycan Kahramanmaraşda bərpa işlərinə böyük töhfə verib - FOTO
UN-Habitat-ın İcraçı direktoru: Bakıda dayanıqlılıq ruhu ilə bir araya gəlmişik
Emin Əmrullayev Böyük Britaniyada təhsil alan tələbələrlə görüşüb
Prezident İlham Əliyev: Bakıda genişmiqyaslı ekoloji işlər həyata keçirilib
12:56
623
Qərb müdafiə şirkətləri Hürmüz boğazının minalardan təmizlənməsi və kommersiya gəmilərinin müşayiət olunması əməliyyatında yeni dəniz dronlarından istifadə etməyi planlaşdırır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb.
Çoxmillətli səylər çərçivəsində Böyük Britaniya regiona Kanadanın "Kraken Robotics" şirkətinə məxsus avtonom mina aşkarlama gəmilər göndərmək niyyətindədir. Bundan əlavə, Almaniyanın "Atlas Elektronik" şirkətinin istehsalı olan "Seafox" avtonom sualtı aparatının da əməliyyatda iştirakı mümkündür. Əməliyyatın əsas məqsədi hər bir minanı məhv etmək deyil, gəmilərin hərəkətinin bərpası üçün kifayət qədər təhlükəsiz marşrut yaratmaqdır.
Böyük Britaniyanın "SRT Marine" şirkətinin rəhbəri Saymon Takerin sözlərinə görə, əsas vəzifə karvanların hərəkətindən öncə marşrutları dərindən yoxlamaq və yolda minimum sayda minanın olmasına əmin olmaqdır.
Məryəm Quliyeva