10:08
539
Qara dənizdə NATO-nun altı ölkəsinin — Bolqarıstan, Kanada, Portuqaliya, Rumıniya, ABŞ və Türkiyənin iştirakı ilə "OPEX 26" hərbi-dəniz təlimləri başlayıb. Manevrlər Manqaliya limanında və Qara dəniz akvatoriyasında keçirilir və mayın 29-dək davam edəcək.
Xalqcebhesi.az "Agerpres"ə istinadən xəbər verir ki, təlimlər zamanı yerüstü və sualtı avtonom pilotsuz sistemlərin tətbiqi sınaqdan keçirilir.
Rumıniya hərbçiləri "OPEX 26" təlimlərində "Grigore Antipa" dəniz dalğıc gəmisi, "Captain Constantin Dumitrescu" (M 271) mina axtaran gəmisi, "Ocean 1" və "Ocean 2" hidroqrafiya katerləri, dəniz tədqiqatları üçün pilotsuz vasitələr, həmçinin hərbi-dəniz əməliyyatları, hidroqrafiya və okeanoqrafiya üzrə mütəxəssis qrupları ilə iştirak edirlər.
Rumıniya Hərbi Dəniz Qüvvələrinin nümayəndələri bildiriblər:
"Təlimlər zamanı dəniz müşahidəsi və monitorinqi tapşırıqları yerinə yetiriləcək, yerüstü və sualtı pilotsuz sistemlərin tətbiqi üzrə təcrübələr aparılacaq, eləcə də iştirakçı qüvvələr arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinə yönəlmiş taktikalar sınaqdan keçiriləcək".
Məryəm Quliyeva
11:00
203
10:29
476
10:24
525