
Rusiya prezidenti Vladimir Putin Çinə səfər edib.
Bu barədə TASS məlumat yayıb.
Putinin təyyarəsi Pekinə eniş edib. Səfər iki ölkə arasında dostluq və əməkdaşlıq müqaviləsinin 25-ci ildönümünə təsadüf edir. İki gün davam edəcək səfər çərçivəsində təxminən 40 sənədin imzalanması gözlənilir.