Hindistan Hörmüz boğazı vasitəsilə tankerlər göndərməyə hazırlaşır Dünya

Hindistan Hörmüz boğazı vasitəsilə tankerlər göndərməyə hazırlaşır

Hindistan Yaxın Şərqdəki tədarükçülərdən enerji daşıyıcıları yükləmək üçün Hörmüz boğazı vasitəsilə neft tankerləri göndərməyə hazırlaşır.

Xalqcebhesi.az xəbər verir ki, "Bloomberg" agentliyinin mənbələrə istinadən verdiyi məlumata görə, bu, regionda vəziyyətin gərginləşməsindən bəri ilk belə hal ola bilər.

Agentliyin məlumatına görə, müvafiq planlar artıq təsdiqlənib, lakin reyslərin başlaması barədə yekun qərar Hindistan hökuməti tərəfindən veriləcək. Səlahiyyətli razılıq alındıqdan sonra gəmilər tədarükü həyata keçirmək üçün boğazdan keçidə başlamalıdırlar.

Bununla belə, "Bloomberg" qeyd edir ki, tankerlərin keçidinin Hörmüz boğazı və ətraf sulardakı vəziyyətə ayrıca nəzarət edən ABŞ ilə razılaşdırılıb-razılaşdırılmadığı hələlik qeyri-müəyyən olaraq qalır.

Məryəm Quliyeva