17 İyul 19:42
21 May 09:43
2 009
Amerika Birləşmiş Ştatları Boliviyanın hazırkı rəhbərliyini dəstəkləməyə davam edəcək və bu ölkədə hakimiyyətin qeyri-konstitusiya yolu ilə dəyişdirilməsinə imkan verməyəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio bəyan edib.
"Heç bir şübhə olmamalıdır: Amerika Birləşmiş Ştatları Boliviyanın qanuni konstitusiya hökumətini tam şəkildə dəstəkləyir. Biz cinayətkarların və narkotik alverçilərinin bizim yarımkürəmizdə demokratik yolla seçilmiş liderləri devirməsinə icazə verməyəcəyik", — deyə Rubio "X" sosial şəbəkəsində yazıb.
Məryəm Quliyeva