Maliyyə Nazirliyi: Azərbaycanda mənzil maliyyələşməsi fondunun aktivləri 2 milyard dolları ötüb
Nazir müavini: Azərbaycanda 58 min ailə ipoteka mexanizmi ilə mənzil sahibi olub
"İsrailin Fələstin Dövlətinin torpağı, dənizi və hava məkanı üzərində heç bir suverenliyi yoxdur"
UN-Habitat rəhbəri: Mənzil böhranının həlli daxili maliyyədən keçir
Mayın 24-də 56 mindən çox abituriyent II və III qrup üzrə imtahan verəcək
09:51
644
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində 25 nəfər barəsində saxlanılma qərarı verilib, onlardan 14-ü artıq saxlanılıb.
NTV xəbər verir ki, əməliyyat İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində həyata keçirilib.
Məlumata görə, araşdırılan rəqəmsal materiallar və əldə edilən digər sübutlar əsasında ictimaiyyətə tanınmış şəxslərin narkotik və psixotrop maddələrdən istifadə etdiyi ilə bağlı əsaslı şübhələr müəyyən edilib.
İstanbul Polis İdarəsinin əməkdaşları tərəfindən səhər saat 07:00-dan etibarən İstanbulun Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane və Üsküdar rayonlarında, eləcə də Muğlada ümumilikdə 25 ünvanda əməliyyat keçirilib.
Saxlanılan şəxslər arasında Mabel Matiz, Feyza Civelek, Onur Tuna və Osman Haktan Canevi də var. Saxlanılma qərarı verilən şəxslər arasında həmçinin Serenay Sarıkaya, Berkay Sahin, Tan Tasci və Mirgun Cabas da yer alır.
Bildirilir ki, saxlanılan şəxslər əvvəlcə tibbi müayinədən keçirilir, daha sonra narkotik testi üçün Məhkəmə Tibbi Ekspertiza Qurumuna aparılır. Bundan sonra onlar ifadə vermək üçün prokurorluğa təqdim edilir.
Qeyd edək ki, Türkiyədə məşhurlarla bağlı narkotik istintaqı 2025-ci ilin oktyabrından davam edir. İstintaq çərçivəsində bir sıra tanınmış şəxslərdən analizlər götürülüb, bəzi şəxslər barəsində isə həbs qərarı çıxarılıb.