AK Ukraynadakı münaqişənin 2026 və 2027-ci illərdə də davam edəcəyini gözləyir Dünya

AK Ukraynadakı münaqişənin 2026 və 2027-ci illərdə də davam edəcəyini gözləyir

Avropa Komissiyası özünün yaz iqtisadi proqnozunu Ukraynadakı münaqişənin 2026 və 2027-ci illərdə də davam edəcəyi və Rusiyaya qarşı bütün Avropa sanksiyalarının ən azı bu dövr ərzində qüvvədə qalacağı ssenarisinə əsasən hazırlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS agentliyinin əldə etdiyi sənədin tam variantında bildirilir.

"Mərkəzi ssenari (Avropa Komissiyasının proqnozunun əsaslandığı variant) regionda geosiyasi gərginliyin tam həcmdə qalacağını və Rusiyaya qarşı sanksiyaların proqnozlaşdırılan 2026-2027-ci illər dövrü ərzində qüvvədə saxlanılacağını nəzərdə tutur", — deyə sənəddə qeyd olunub.

Məryəm Quliyeva