Mayın 21-də SEPAH-ın nəzarəti altında 30 gəmi Hörmüz boğazını keçə bilər Dünya

Mayın 21-də SEPAH-ın nəzarəti altında 30 gəmi Hörmüz boğazını keçə bilər

Hörmüz boğazı zonasında olan 30 gəmi mayın 21-i günün sonunda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH — İran ordusunun elit bölməsi) Hərbi Dəniz Qüvvələrinin nəzarəti altında boğazı keçmək imkanına malikdir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının dövlət televiziyası məlumat yayıb.

Məlumata əsasən, 30 gəminin sahibləri və kapitanları "ötən gecədən bəri Hörmüz boğazından keçmək məqsədilə SEPAH-ın HDQ ilə danışıqlar aparır və öz fəaliyyətlərini əlaqələndirirlər". İran dövlət televiziyası qeyd edir ki, "bu 30 gəminin bu axşam SEPAH-ın HDQ ilə koordinasiyalı şəkildə boğazı keçəcəyi olduqca yüksək ehtimal olunur".

Məryəm Quliyeva