17:00
609
Belarus və Rusiya prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putin nüvə qüvvələrinin birgə təlimi zamanı videokonfrans vasitəsilə əlaqə saxlayıblar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "BelTA" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Belarus dövlətinin başçısı Müdafiə Nazirliyinin idarəetmə məntəqəsində olarkən rusiyalı həmkarı ilə əlaqəyə çıxıb. Daha əvvəl ona təlimin keçirilmə planı barədə məruzə edilib. Müvafiq tədbirlərin icrası Rusiya tərəfi ilə qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirilir.
Məryəm Quliyeva