İran ordusundan xəbərdarlıq: "Hər hansı bir təcavüzə cavab verməyə tam hazırıq" Dünya

İran ordusundan xəbərdarlıq: "Hər hansı bir təcavüzə cavab verməyə tam hazırıq"

İran ordusu İslam Respublikasına qarşı yönəlmiş hər hansı bir təcavüzə cavab verməyə tam hazırdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ordunun baş komandanı Əmir Hatəmi İran Prezidenti Məsud Pezeşkian ilə görüşü zamanı bəyan edib.

"İslam Respublikasının Ordusu döyüş təcrübəsinə əsaslanaraq, döyüş hazırlığını gücləndirərək, qoşun növləri arasında koordinasiyanı yaxşılaşdıraraq və öz döyüş potensialını təkmilləşdirərək, ölkəyə qarşı hər hansı bir təhdid, təcavüz və ya avantüraya qətiyyətli, layiqli və adekvat cavab verməyə tam hazırdır", — deyə Pezeşkianın mətbuat xidməti Hatəminin sözlərindən sitat gətirib.

Məryəm Quliyeva