Lukaşenko Zelenski ilə görüşməyə hazır olduğunu bildirib Dünya

Lukaşenko Zelenski ilə görüşməyə hazır olduğunu bildirib

Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Vladimir Zelenski ilə Ukraynanın və ya Belarusun istənilən nöqtəsində görüşməyə və ikitərəfli münasibətlərin problemlərini müzakirə etməyə hazırdır.

Xalqcebhesi.az xəbər verir ki, "BelTA" agentliyi Belarus liderinin sözlərindən sitat gətirib.

"Əgər o, Zelenski, nə barədəsə danışmaq, məsləhətləşmək və ya başqa bir şey etmək istəyirsə, buyursun, biz buna açığıq. İstənilən nöqtədə — istər Ukraynada, istərsə də Belarusda — mən onunla görüşməyə və Belarus-Ukrayna münasibətlərinin problemlərini müzakirə etməyə hazıram. Bəlkə həm də perspektivlər barədə danışdıq. Nədənsə amerikalılar, almanlar, polyaklar, litvalılar və latışlarla danışmağa sözümüz var, amma Ukrayna ilə yoxdur", — deyə o, bildirib.

Məryəm Quliyeva