ABŞ İrana qarşı əməliyyatlarda MQ-9 Reaper PUA-larının 20%-ni itirib Dünya

ABŞ İrana qarşı əməliyyatlarda MQ-9 Reaper PUA-larının 20%-ni itirib

ABŞ ordusu İrana qarşı hərbi əməliyyatlar zamanı MQ-9 Reaper ağır kəşfiyyat və hücum pilotsuz uçuş aparatları (PUA) arsenalının təxminən beşdə birini itirib.

APA xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.

Məlumata görə, hərbi əməliyyatların başlamasından bəri İran Pentaqonun müharibədən əvvəlki inventarının təxminən 20%-ni təşkil edən iyirmidən çox MQ-9 Reaper PUA-sını vurub.

Hər biri 30 milyon dollara qədər olan dronlar güclü sensorlar və kameralarla təchiz olunub. Onlardan hər biri “Hellfire” raketləri və JDAM bombaları daşıya bilir.

Agentliyin məlumatına görə, ümumi ziyan 1 milyard dollara çata bilər.