Tramp: ABŞ Polşada hərbi mövcudluğunu gücləndirəcək Dünya

Tramp: ABŞ Polşada hərbi mövcudluğunu gücləndirəcək

ABŞ Prezidenti Donald Tramp Polşaya əlavə 5 000 hərbi qulluqçu göndərmək barədə qərar qəbul etdiyini bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Tramp özünə məxsus "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

"Mənim fəxrlə dəstəklədiyim Polşanın hazırkı prezidenti Karol Navrotskinin uğurlu seçkiləri və onunla olan münasibətlərimiz fonunda bildirməkdən məmnunam ki, Amerika Birləşmiş Ştatları Polşaya əlavə 5000 hərbi qulluqçu göndərəcək", — deyə Tramp yazıb.

Məryəm Quliyeva