Kim Çen In Prezident İlham Əliyevi təbrik edib Dünya

Kim Çen In Prezident İlham Əliyevi təbrik edib

Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen In Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin şəxsinizdə ölkənizin hökumətinə və xalqına təbriklərimi çatdırıram.

Ümidvar olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq münasibətləri qarşılıqlı maraqlara uyğun olaraq gələcəkdə də möhkəmlənəcək və inkişaf edəcək”.