17 İyul 19:42
23 May 11:31
3 073
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada İŞİD-ə qarşı əməliyyat keçirib.
NTV-nin xəbərinə görə, MİT-in Suriya kəşfiyyat xidməti ilə koordinasiyalı şəkildə keçirdiyi əməliyyat nəticəsində “qırmızı bülleten”lə axtarışda olan 10 İŞİD üzvü saxlanılaraq Türkiyəyə gətirilib.
Saxlanılan şəxslərin İŞİD sıralarında döyüşdüyü üzə çıxıb, həmçinin onların əvvəllər Türkiyədə törədilmiş bir sıra terror aktlarında iştirak etdikləri müəyyən olunub.
Saxlanılanlardan birinin Ankara dəmir yolu vağzalında baş verən və 109 nəfərin həyatını itirdiyi terror aktının təşkilatçıları ilə əlaqəli olduğu bildirilib.
09:38
476
17 İyul 22:06
1 827
17 İyul 21:34
1 827