Zelenski Pentaqonu raket tədarükünü gecikdirməkdə ittiham edib
26 Oktyabr 16:32
26 Oktyabr 16:32
26 Oktyabr 13:58
18 İyun 16:57
3 199
Pentaqonun rəhbəri Pit Heqset NATO müdafiə nazirlərinin görüşünü başa çatmamış tərk edib və Ukraynaya silah tədarükü üzrə təmas qrupunun iclasında iştirak etməyəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte alyansın müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında məlumat verib.
"Nazir Heqset saat 09:30-da gəldi və təxminən 11:15-də getdi. Yəni o, debatların böyük hissəsində, demək olar ki, iki saat iştirak etdi. Biz onun öz iş qrafiki ilə əlaqədar olaraq daha tez getməli olduğunu öncədən bilirdik", — deyə Rütte bildirib.
Ukrayna üzrə təmas qrupunun görüşü Brüsseldə saat 15:00-da (Bakı vaxtı ilə 17:00-da) başlayacaq. Daha əvvəl Rütte bəyan etmişdi ki, Vladimir Zelenskini də bu iclasda iştirak etməyə dəvət edib.
Məryəm Quliyeva
26 Oktyabr 20:55
819
26 Oktyabr 19:36
875
26 Oktyabr 15:31
959