
Polşa ilə Ukrayna arsında yenu münaqişə Polşa Prezidenti Karol Navrotskinin Ukrayna lideri Volodimir Zelenskini “Ağ Qartal” ordenindən məhrum etməsi ilə başlayıb. Bu hadisə ətrafında qalmaqal davam edir. Ukrayna Prezidenti Volodimir Zelenski TSN telekanalına müsahibəsində də bu barədə danışıb. “Bu qərar göstərir ki, o, ukraynalılara nifrət əhval-ruhiyyəsini qaldırmaq hesabına öz dövləti daxilində siyasi mübarizəni davam etdirir. Bu, pis hekayədir. Hesab edirəm ki, bunun sonu pis olacaq”, - Ukrayna lideri deyib.
Zelenski belə bir siyasi mübarizənin eskalasiyaya gətirib çıxara biləcəyini vurğulayıb. O, Polşa prezidentinin addımlarını yanlış hesab etdiyini dilə gətirib: “Karol - onun vəzifəsi deyil, adıdır, elə deyil? Orada demokratiyadır, monarxiya deyil. Buna görə də Ukrayna ilə münasibətləri düzgün qurmaq lazımdır”.
Xatırladaq ki, Karol Navrotski bu qərarını Ukrayna Silahlı Qüvvələrinin bir bölməsinə “UPA qəhrəmanları” adının verilməsi ilə izah edib. Buna etiraz olaraq, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və Ukrayna Prezident aparatının rəhbəri Kirill Budanov onlara verilmiş Polşa dövlət mükafatlarından imtina ediblər.
Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko da Polşanın ən yüksək dövlət mükafatı olan “Ağ Qartal” ordenini Polşa hökumətinə qaytarmaq qərarına gəlib.
Bu barədə Poroşenko Feysbuk hesabında paylaşım edib.
Ukraynanın sabiq prezidenti Leonid Kuçma da 1997-ci ildə Polşanın təltif etdiyi “Ag Qartal” ordenindən imtina edib.
Kuçma deyib ki, bu gün Polşanın ali medalından imtina etməkdən başqa çarəm yoxdur. Ukrayna Rusiyanın əsassız tarixi iddialarını qəbul etməyərək müharibəni qəbul etdisə, bu gün digər ölkələr də tariximizi diktə edə və kimə hörmət etməli olduğumuzu müəyyən edə bilməz.
Kuçma inanır ki, Ukrayna ilə Polşa arasındakı dostluq və müttəfiqlik davam edəcək. “Amma bu gün kədər və narahatlıq hiss edirəm. Düşmən hücum edəndə bu bir məsələdir. Düşmənçilik dostları bir-birindən ayıranda isə tamamilə başqa bir məsələdir. Daha da qorxulu olanı bu dostlar da ortaq bir təhlükə ilə təhdid edildikdədir. Tarixi xatırlamalıyıq. Lakin keçmiş gələcəkdən daha vacib ola bilməz. Ukrayna və Polşanın bir-birinə həmişəkindən daha çox ehtiyacı var. Hər iki ölkənin siyasətçiləri bunu qəbul etməlidirlər. Mən onların müdrikliyinə güvənirəm”, - deyə Kuçma əlavə edib.
"Nyu York Tayms" yazır ki, Ukrayna və Polşa arasındakı diplomatik mübahisə iki ölkənin bütün Avropa üçün vacib olan müttəfiqlik münasibətlərini riskə atıb.
Məlumata görə, mübahisənin mənşəyi və gedişatına Ukrayna Prezidenti Vladimir Zelenskinin “Ukrayna Üsyançı Ordusu”nun qəhrəmanlarının şərəfini qoruyan fərmanı səbəb olub, Polşa prezidentinin isə Zelenskini Polşa ordenindən məhrum etmək qərarı mübahisəni yeni səviyyəyə qaldırıb:
"Mübahisə həssas dönəmdə yaranıb. Polşa Rusiyaya qarşı müharibədə Ukraynanın əsas müttəfiqlərindən biri olaraq qalır və Qərbin Kiyevə hərbi yardımının əhəmiyyətli hissəsi onun ərazisindən keçir".
Varşava Universitetinin politologiya üzrə eksperti Aleksandra İvanyuk nəşrə bildirib ki, indiki gərginlik ilk növbədə Moskvanın xeyrinədir: "Hər iki tərəf ağrılı tarixi məsələlərə qayıtmaqla öz strateji maraqlarını riskə atır. Hər iki tərəf strateji olaraq öz ayağına atəş açır, Moskva isə qalib gəlir".
Ukrayna xarici işlər naziri Andrey Sibiqa deyib ki, Ukrayna hakimiyyəti Polşanın hərəkətlərinə güzgü effekti ilə cavab verəcək.
“Bütün addımlara, xüsusən də bu addımlar ölkəmizə qarşı düşmənçilik və ya nifrət dolu olarsa, eyni şəkildə cavab verəcəyik. Onları görməzdən gəlməyin vaxtı artıq bitdi.
Navrotski son zamanlar qazandığımız müsbət nailiyyətlərin dağıdıcısı kimi çıxış etdi. Moskvadan alqışlar alması təəccüblü deyil.
Biz polyakları ehtiyatlı olmağa və diplomatiyaya çağırırıq. Hər gün polyak dostlarımızla diplomatik yolu necə qorumaq barədə ünsiyyət qururuq. Bizi ortaq çətinliklər, maraqlar və ortaq Avropa gələcəyi birləşdirir. Münasibətlərimizi keçmişin yükündən qurtarmalıyıq”, - Sibiqa bildirib.
Qeyd edək ki, Ukrayna üçün Ukrayna Qiyamçı Ordusu (UPA) XX əsrdə milli azadlıq mübarizəsinin simvollarından biridir. UPA həm nasist Almaniyasına, həm də Sovet İttifaqına qarşı mübarizə aparan qüvvə kimi təqdim edilir. Müstəqillik uğrunda savaşın rəmzi sayılan bu təşkilatın ideoloji irsi müasir Ukrayna dövlətçiliyində də müəyyən yer tutur. Bu gün Ukraynada geniş istifadə olunan “Слава Украине! Героям слава!” şüarı da məhz həmin dövrün mirası hesab edilir. Polşa isə UPA-nı tamam fərqli şəkildə qiymətləndirir. Varşavanın mövqeyinə görə, 1943-1944-cü illərdə Volın və Şərqi Qalitsiya bölgələrində minlərlə polyakın qətli ilə nəticələnən etnik təmizləmə əməliyyatlarının əsas icraçılarından biri məhz UPA olub. Polşa parlamenti bu hadisələri rəsmi olaraq soyqırımı kimi tanıyıb. Buna görə də UPA rəhbərlərinin və ya həmin təşkilatın qəhrəmanlaşdırılması Polşa cəmiyyətində ciddi etirazla qarşılanır.
Mövzu ilə bağlı qəzetimizə danışan Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun Xarici Siyasət Araşdırmaları Mərkəzinin baş məsləhətçisi, iqtisad elmləri namizədi İvan Us deyib: “Təbii ki, bu, Ukraynaya lazım olmayan bərabər dövlətlər arasında xoşagəlməz münaqişədir. Ancaq burada bir neçə əsas məqamı qeyd etmək lazımdır.
1) "Benefisiar Moskvadır" - deyib Polşanın baş naziri Tusk. Epizodun əsas məqamı: bölünmə tam olaraq bir tərəfə fayda verir. Bunu sübut etməyə ehtiyac yoxdur - Polşanın baş nazirindən sitat gətirmək kifayətdir. “Kiyev, yoxsa Varşavanın daha çox günahkar olması” ilə bağlı istənilən müzakirə artıq Moskvanın qələbəsidir.
2) Ukrayna nümayişkaranə şəkildə mükafatları qaytarır, lakin tərəfdaşlığı pozmur. Münaqişə yaratmaq istəyənlərlə Ukrayna arasında fərq budur.
3) Sərəncamın ləğvi Tuskun əks imzasını tələb edir, bu isə mövcud deyil.
4) Bu, Polşanın daxili hekayəsidir: Reytinqlər, seçkilər, Navrocki-Tusk-Sikorski arasında nüfuz bölünməsi. Bu məsələdə “Polşa Ukraynaya qarşı” yox, “öz hökumətinə və cəmiyyətin bir hissəsinə qarşı bir düşərgə” anlayışı mövcuddur.
5) Sifariş bir jestdir. AB blokadası, fermer məsələsi və danışıqlar şərtləri struktur təzyiqləridir. Bu səviyyələrin ayrılması mükafatı əhatə edən emosiyaların real riskləri gizlətməməsini təmin edir.
6) Ukrayna hər ikisi üçün döyüş meydanını tutan tərəfdaşın dilində danışır. Pafossuz, həm də yalvarış tonu olmadan”.
İntermariun İnstitutunun rəhbəri, ukraynalı politoloq Valentin Hayday isə deyib ki, Vladimir Zelenskini Ağ Qartal ordeni ilə təltif etmək çağırışları və Ukrayna Silahlı Qüvvələri bölməsinə Ukrayna Üsyançı Ordusunun üzvlərinin adının verilməsinə görə Ukraynaya qarşı ittihamlarla bağlı hazırkı Polşa-Ukrayna qalmaqalı əsasən süni xarakter daşıyır və Polşa hakimiyyəti tərəfindən qəsdən qızışdırılıb: “Ukraynada uzun illərdir ki, Stepan Bandera, Roman Şuxeviç, Ukrayna Millətçiləri Təşkilatı və Ukrayna Üsyan Ordusunun kultu mövcuddur. Son 12-15 ildə abidələr ucaldılıb, küçələrin adları dəyişdirilib, prezident Viktor Yuşşenko Bandera və Şuxeviçə Ukrayna Qəhrəmanı adı verib. Lakin bu cür addımlar o zaman Varşavadan elə də sərt reaksiya doğurmamışdı. Üstəlik, Polşanın hazırkı prezidenti Karol Navroçki hələ Milli Xatirə İnstitutunun rəhbəri olarkən bəyan edib ki, Ukrayna öz qəhrəmanlarını və yaddaş siyasətini müəyyən etmək hüququna malikdir. Buna görə də, Polşa hakimiyyətinin hazırkı mövqeyi qeyri-ardıcıl görünür və əsasən siyasi motivlidir. Çox güman ki, Ukrayna məsələsi parlament seçkiləri öncəsi Polşada daxili siyasi mübarizə alətinə çevrilib. Bəzi Polşa siyasətçiləri üçün bu, seçiciləri səfərbər etmək və əlavə siyasi xallar toplamaq üçün bir fürsətdir”.
Ancaq sual yaranır ki, niyə bu məqsədlə anti-Ukrayna ritorikasından istifadə olunur? Bu, ölkələrimiz arasında tərəfdaşlığı gücləndirmir, əksinə, qarşılıqlı inamsızlığı gücləndirir və həm Polşa cəmiyyətində, həm də Polşa-Ukrayna münasibətlərində yeni çatışmazlıqlar yaradır: “Həm də yadda saxlamaq lazımdır ki, 1940-cı illərin faciəvi hadisələrinə yalnız bir tərəfin günahı prizmasından baxmaq olmaz. Polşa da Ukrayna əhalisinə qarşı cinayətlərə görə məsuliyyət daşıyır. Ona görə də tarixi suallar keçmişdən indiki siyasət üçün alət kimi istifadə etməkdənsə, obyektiv yanaşmanı və hər iki tərəfin faciələrinin etirafını tələb edir. Görünür, tarixi yaddaşla bağlı mövcud qalmaqalların əksəriyyəti Varşavada başlanır, Kiyev isə birbaşa qarşıdurmadan qaçmağa çalışır. Uzunmüddətli perspektivdə Polşa bu siyasətdən qazanacağından daha çox itirmək riski ilə üzləşir. Rusiyanın təcrübəsi göstərir ki, Ukraynaya öz tarix baxışını sırımaq və hansı qəhrəmanları şərəfləndirməli olduğunu diktə etmək cəhdləri istənilən nəticəni vermir, sadəcə olaraq iki ölkə arasında uzaqlaşmanı daha da dərinləşdirir. Ona görə də Varşava bundan dərs çıxarsa yaxşı olardı”.
Onu da qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Polşanın Qdansk şəhərində keçiriləcək URC-2026 sammitində iştirak etməyəcək. Bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko deyib. “Qdanskda URC-2026-da Ukrayna nümayəndə heyətinə və işimizə mən rəhbərlik edəcəyəm”, - deyə o bildirib.
Qeyd edək ki, URC-2026 Ukraynanın bərpasına həsr edilən konfransdır.
Cavid