Euractiv: Türkiyə "S-400"ləri "üçüncü ölkəyə" təhvil versə, ABŞ ona "F-35" sata bilər
ƏƏSMN: İslahatlar sosial müdafiə xidmətlərinin daha əlçatan olmasına imkan yaradıb
BDU “Birinci Türkoloji Qurultayın dərsləri” adlı dərs vəsaiti nəşr edib
Ankarada qlobal halal bazarında Azərbaycanın dayanıqlı kənd təsərrüfatı imkanları təqdim edilib
14:32
756
Çin Rusiya və Ukraynanı sülhə nail olmaq üçün danışıqlara mümkün qədər tez başlamağa çağırıb.
Politoloq Oqtay Qasımov xalqcebhesi.az-a açıqlamasında Çinin bu təşəbbüsünün maraqlı bir təşəbbüs olduğunu söylərək xatırladıb ki, hələ iki il öncə də Çin bu savaşın bitirilməsi ilə bağlı öz təkliflərini irəli sürmüşdü: “Amma o təkliflər onda Ukrayna tərəfindən məqbul hesab edilməmişdi. Çünki daha çox Rusiyanın maraqlarına uyğun bir təklif hesab olunurdu. Ancaq hazırkı şərtdə Rusiyanın özünün də kifayət qədər ciddi çətinliklər yaşadığı və savaşın çox ciddi bir miqyas aldığını və artıq Rusiyanın dərinliklərinin Ukrayna tərəfindən çox rahat şəkildə hədəfə gətirildiyini də nəzərə alsaq, o zaman Çinin də bu məsələ ilə bağlı təşəbbüslərini anlamaq olar. Çünki Çin bu məsələdə seyirci qalmaq istəmədi və prosesin bir formada irəliləməsinə də çalışa bilər. Amma düşünmürəm ki, Çin hələlik savaşın çox tezliklə bitməsini istəsin”.
O.Qasımovun sözlərinə görə, hazırda Rusiya kifayət qədər çətin vəziyyətdədir və Rusiya cəmiyyətində belə bir gözləntilər var ki, Çin Rusiyaya daha açıq dəstək verməlidir: “Bu baxımdan Çin tərəfindən bu diplomatik addım anlaşılandır. Lakin düşünürəm ki, hələ qarşıda təxminən bir aylıq bir müddət də var. Zelenski Rusiya ərazisində 40 günlük əməliyyatların keçiriləcəyini bəyan etmişdi. Bu baxımdan masaya gəlmək üçün Rusiya tərəfi və Vladimir Putinin də dilindən səslənən fikirlər həm də o yöndədir ki, özünü nə qədər arxayın göstərməyə çalışsa da Rusiya kifayət qədər ciddi problemlər içərisindədir və dünyanı enerji ilə təmin edən bir ölkə hazırda ciddi yanacaq sıxıntısı yaşamaqdadır”.
Bu baxımdan politoloq hesab edir ki, qarşıdakı ay yarımlıq bir müddətdə tərəflərin masaya oturması üçün optimal bir variant ola bilər: “Hələlik Çinin bu təşəbbüsü ilkin bir təşəbbüsdür, bunun arxasında ciddi siyasi iradə dursa, o zaman Rusiyanı masaya gətirmək mümkün ola bilər. Xatırladaq ki, bir il öncə bu məsələlərə vasitəçilik edən ABŞ Çinin köməyinə də ehtiyac duyurdu. O baxımdan Çin prosesə aktiv şəkildə qoşularsa, ABŞ və Qərb bir yerdə tərəfləri masaya otuzdurmaq mümkün ola bilər”.
Röya İsrafilova
15:31
259
14:42
616
12:27
861