ABŞ prezidenti Böyük Britaniyaya gedir Dünya

ABŞ prezidenti Böyük Britaniyaya gedir

"Böyük Britaniya NATO-nun qurucu üzvlərindən biridir". ABŞ prezidenti Donald Trampın cari ilin dekabrında Böyük Britaniyaya səfəri gözlənilir. Tramp NATO-nun yaranmasının 70-ci ildönümü münasibətilə Londonda keçiriləcək tədbirə qatılacaq. NATO-nun baş katibi Jens Stoltenberq yubiley tədbirində müttəfiqlərlə bir sıra vacib məsələləri müzakirə edəcəklərini söyləyib.
Baş nazir Tereza Mey deyib: "Böyük Britaniya NATO-nun qurucu üzvlərindən biridir və mən çox şadam ki, baş katib yubileyi qeyd etmək üçün liderlərin toplantısını bizim ölkədə keçirmək istəyib".