Şotlandiya presedenti Dünya

Şotlandiya presedenti

Elman Nəsirov: "Referendumun nəticələrini tanımaq istəməyən tərəflər separatçılardır"
Asim Mollazadə: "Erməni təşkilatları paralellər aparmağa utanmalıdırlar"

Şotlandiyada keçirilən referendum başa çatsa prosesin hansı tendensiya yaradacağı müzakirə mövzusu olaraq qalır.
Siyasi elmlər doktoru, politoloq Elman Nəsirov deyib ki, Şotlandiyanın müstəqilliyi ilə bağlı keçirilən referendumun nəticələri bəllidir. Lakin başlıcası budur ki, həmin nəticələri müxalifət də qəbul edib: "Ancaq o da bəllidir ki, referendumun nəticələrini tanımaq istəməyən tərəflər də var və həmin tərəflər separatçılardır".
Elman Nəsirov eyni zamanda xatırladıb ki, Böyük Britaniyanın tərkibindən ayrılmaq istəyən tərəfin müxalifət liderləri də belə fikir irəli sürürlər ki, hər halda Şotlandiya əvvəlki Şotlandiya olmayacaq və Böyük Britaniya da əvvəlki Böyük Britaniya olmayacaq: "Onlar belə deyirlər ki, bundan sonra Şotlandiyanın müstəqilliyi ideyasını gerçəkləşdirə bilməsək də hər halda müəyyən güzəştlər əldə etmiş olacağıq. Şotlandiya müxalifəti bunu özlərinin qələbəsi hesab edir. Amma hesab edirəm ki, dünyanın bir çox ölkələrində fəallaşan separatçılar kimi Şotlandiyada keçirilən referendumun indiki nəticələri buradakı separatçı qüvvələrə vurulmuş bir sillə effekti yaratdı. Çünki Dağlıq Qarabağdan olan separatçılar da Şotlandiyada keçirilən referendumun nəticələrini diqqətlə izləyirdilər və eyni zamanda da belə mövqedən çıxış edirdilər ki, hər halda Şotlandiyanın Böyük Britaniyadan ayrılması real görünür və bu hadisə oxşar situasiyada olan ölkələrə birbaşa təsir göstərəcək".
Ekspert bunu belə əlqələndirib ki, əgər Şotlandiya Böyük Britaniyanın tərkibindən ayrılsaydı, bu zaman qondarma "Dağlıq Qarabağ Respublikası"nın separatçıları da bunu öz əllərində bayraq edərək, müstəqiliklərini dünya birliyindən tələb edəcəkdilər: "Erməni separatçıları düşünürdülər ki, bu eyni zamanda qondarma "DQR"-in ayırlmasını, eləcə də beynəlxalq birlik tərəfindən tanınmasını sürətləndirəcək. Yəni bunlar çox nikbin proqnozlar verirdilər. Amma hadisələrin gedişatı onu göstərdi ki, seçim qarşısında olan əhalinin, seçicilərin də böyük əksəriyyəti - 55 fazidən çoxu Şotlandiyada separatçı qüvvələrə "yox" dedilər və Şotlandiya Böyük Brtitaniyanın tərkibində saxlanıldı. Düşünürəm ki, referendumun nəticəsindən bütün dünya uddu və bundan BMT-nin Nizamnaməsində qeyd olunmuş ərazi bütövlüyünü dəstəkləyən bütün ölkələr qazandılar. Eyni zamanda millətlərə öz müqəddəratını həll etmək vasitəsini əldə bayraq edib dünyada separatçılığı dəstəkləyən və beləliklə anarxiya, xaos yaradan qüvvələr də bu mübarizədə məğlub statusu qazandılar. Beləliklə, Şotlandiyadakı referendumun nəticələri göstərdi ki, hər şey legitim olub, seçim prosesində hüquq pozuntusu, müdaxilə olmayıb, seçim qarşısında olan şəxslər öz mövqelərini açıq çəkildə ifadə ediblər, qüvvələr nisbəti isə nəticələrə görə tam realdır".
Politoloq həmçinin qeyd edib ki, əgər referendum separatçıların istəklərinə uyğun başa çatsaydı, bu amil dünyada alovlanan separatizmin üzərinə kerosin tökmüş olardı: "Ən başlıcası isə referendumda səsvermə hüququndan istifadə edən insanların böyük əksəriyyəti onun fərqində olublar ki, bu gün Şotlandiyanın taleyi ilə bağlı mövqe bildirmək əslində dünyada oxşar konfliktləirin olduğu, oxşar konfliklərin üzərinə kerosin tökmək, ya da ki, su tökmək effekti yarada bilər. Əgər separatizm qalib gələrdisə, bu zaman kerosindən istifadə ediləcəkdi. Yox əgər separatizmə "yox" deyildisə bütövlük və vahidliyi dəstəkləyən qüvvələr burada qalib gəldiləsə, artıq həmin alovun üzərinə su tökülmüş oldu. Ona görə də hesab edirəm ki, indi separatçı qüvvələrin seçkinin nəticələrini şübhə altına almaqla bağlı atdıqları addımları əslində, daldan atılan dah təsirini bağışlayır. Bu isə heç bir halda vəziyyəti dəyişməyəcək. Bir daha qeyd edirəm ki, separatçı qüvvələrin liderləri artıq referendumun nəticələrini tanıyıblar. Onlar da hesab edirlər ki, nəticələr tam legitimdir. Ona görə, artıq seçkilərin nəticələri ilə bağlı istər Ermənistanda, istərsə də separatçı "DQR"-də mətbuat və politoloqlar öz fikirlərini söyləyərkən öz məyusluqlarını gizlədə bilmirlər. Referendumun nəticələrindən pəjmürdə olduqlarını, gərginlik keçirdiklərini gizlədə bilmirlər. Bu baxımdan da düşünürəm ki, referendumun nəticələrindən bütün sivil dünya uddu. Ərazi bütövlüyünü dəstəkləyən dövlətlər bundan qazandılar və ayrı-ayrı separatçı qüvvələr məğlub oldular. Hesab edirəm ki, əslində belə qüvvələr həm də özləri üçün bir nəticə çıxarmalıdırlar ki, belə addımların faydası, əhəmiyyəti yoxdur".
Demokratik İslahatlar Partiyasının sədi Asim Mollazadə "düşünürəm ki, Şotlandiya referendumu çox maraqlı presedentdir",- deyə bildirib: "Bu referendum öz müqəddəratını təyin etməyə hüququ nümunəsi olaraq Avropa baxışına və yanaşmalarına tamamilə uyğundur. Böyük Britaniya parlamenti Şotlandiyada referendumuna icazə verdikdən sonra keçirildi". Asim Mallazadənin szölərin görə, hər iki tərəf güc tətbiq etmədən və zorakılıq göstərmədən Şotlandiya xalqı mədəni yolla müstəqillik haqqında suala cavab verdi: "Mən Şotlandiya Milli Partiyasının ilk qurultaylarından birində iştirak edirdim. Onda bu partiya Böyük Britaniya parlamentində iki deputatla, Şotlandiya parlamentində isə onlarla deputatla təmsil olunurdu. 15 il sonra bu partiya Şotlandiya parlamentində seçkiləri qazandı və Şotlandiya hökumətini formalaşdırdı. Bu müddət ərzində millətçilər partiyası böyük yolu keçdi və əhalinin bir hissəsini inandırdı ki, onların xalqı Böyük Britaniyasız daha yaxşı yaşamağa qadirdi. Buna əsas verən məqamlar - Şotlandiyanın müstəqilliyi ilə bağlı ümidlər və Şimal dənizində neft-qaz yataqlarıdır. Və əlbəttə, Şotlandiya cəmiyyətində geniş yayılmış, ingilislərə qarşı tarixi incikliklər. Şotlandiyalılar birgə yaşadıqları 300 il ərzində ingilislərlə çoxlu qarşıdurmalar yaşadılar. Şotland dilinə, milli geyiminə, hətta tuluq zurnasında ifa etməyə də qadağa qoyulmuşdu. Bu milli alətdə ifa etmək hüququnu şotlandiyalılar II Dünya Müharibəsindən sonra aldılar. Ola bilsin, bu milli amillər, milli yaddaşdakı incikliklər şotlandiyalılar üçün təşviqedici oldu. Mən təəccüblənmişdim ki, bu qurultayda məşhur aktyor, amerika şotlandı Şon Konneri də qonaq qismində iştirak edirdi. Bu, onu deməyə əsas verir ki, müharibədən sonra Böyük Britaniyanı tərk etmiş bir çox şotland indi ingilislərdən müstəqillik tərəfdarı kimi çıxış edirlər.
Bu referendumun səbəbləri iqtisadi deyildi, çünki öz iqtisadi yanaşmalarına görə Şotlandiya milli partiyası hətta daha soldur, nəinki Şotlandiyada ənənəvi güclü leyboristlər.
Bununla belə, nəticədən asılı olmayaraq, bu referendum dünya ictimaiyyətinə mədəni şəkildə göstərdi ki, belə məsələri necə həll etmək lazımdır.
Qarabağa, Moldovaya, Gürcüstana və Ukraynaya gəlincə, biz orada gücdən istifadənin şahidi olduq, həm də üçüncü ölkənin ordusunun tətbiqiylə. Orada etnik təmizləmələr oldu və mülki əhali qətlə yetirildi. Mən düşünürəm ki, Xocalıda baş verənləri nəzərə alsaq, onda erməni təşkilatları Şotlandiyada və Dağlıq Qarabağda baş verən hadisələr arasında paralellər aparmağa utanmalıdırlar".

Əli