

20 Oktyabr 18:56
20 Oktyabr 17:25
20 Oktyabr 17:08
UEFA Çempionlar Liqasının əsas mərhələsində III tura bu gün start veriləcək
Ekspert: Prezident İlham Əliyevin Qazaxıstana səfəri Türk dünyası üçün mühüm hadisədir
FIBA Avropa Kuboku: "Neftçi" bu gün Bakıda Estoniya klubunu sınağa çəkəcək
Hikmət Hacıyev: Azərbaycanla Mərkəzi Asiya ölkələrinin münasibətləri "6-lıq" modelini formalaşdırır
Bütün dünya koronavirusla mübarizə apararkən Sinqapurda denqe qızdırması yayılmağa davam edir. Son 1 həftə ərzində 872, son 2 gündə 165 yeni yoluxma faktı aşkarlanıb. “The Straits Times”ın xəbərinə görə, Milli Ekologiya Agentliyindən verilən məlumatda 2020-ci il daxil olandan bəri ölkədə 12 nəfərin bu səbəbdən dünyasını dəyişdiyi bildirilib.
Denqe qızdırması virusuna insanlar ağcaqanadlar vasitəsilə yoluxur. İnkubasiya dövründən sonra yüngül qızdırmaya səbəb olan xəstəlik bəzi hallarda ölümcül ola bilir. Yoluxmalar adətən yağış mövsümünün olduğu iyun-sentyabr və dekabr-mart dövrlərində artır.