Ermənistanın sifətinə vurulan 170 milyon sillə Dünya

Ermənistanın sifətinə vurulan 170 milyon sillə

Erməni yazardan sensasion məqalə

Erməni jurnalist Üeqizar Ayntabsi Ermənistan mediasında təhlil yazısı ilə çıxış edib.
Erməni yazar Rusiyanın Ermənistandan istifadə müddəti bitən əşya kimi istifadə edib kənara atdığını, əvəzində isə Azərbaycanla münasibətlər qurduğunu iddia edib. Həmin yazını təqdim edirik:
"RİA Novosti agentliyi Rusiya şirkəti "KamAZ"a istinadən məlumat yayıb ki, "KamAZ" avtomobillərinin Gəncədə yığılması ilə bağlı Azərbaycanla müqavilə bağlayıb. Proses 2015-ci ildə başlayacaq. Əvvəlcə Azərbaycana detallar göndəriləcək. Gəncdə avtomobillər yığılacaq, avtomobillərin detallarının istehsalı başlayacaq.
"Faktiki olaraq Rusiya Ermənistanın ünvanına hədələr yağdıran Azərbaycanı nəinki tam silahlandırır, sərmayələr yatıraraq, onu iqtisadi cəhətdən də möhkəmləndirir. Bu Ermənistandakı kimi energetika sahəsinin monoroliyaya alınması şəklində baş vermir, sərmayələr ağır sənayeyə yatırılır.
Ermənistan Rusiya üçün yalnız siyasi əlavə rolunu oynayır, iqtisadi cəhətdən isə heç bir maraq oyatmır. Rusiya-Azərbaycan iqtisadi müqaviləsi Avrasiya İttifaqının Ermənistana verəcəyi 170 milyon dollarlıq bazar mifini darmadağın edir. Həqiqətdə isə Ermənistanın sifətinə 170 milyon sillə çəkilib".
Erməni yurnalisti hesab edir ki, buna baxmayaraq, Ermənistan Azərbaycana yatırılan investisiyalara görə Rusiyadan inciməməli, onlar uğrunda mübarizə ararmamalıdır: "Küsmək və bənzər şeylər uşaq oyuncağı imiş. Ancaq söhbət böyük siyasətdən, mürəkkəb geosiyasi məkanda rəqabətdən və maraqların qorunmasından gedir. Ermənistanın maraqları tələb edir ki, Rusiyanın Azərbaycana qoyduğu sərmayələri qısqanmasın, əksinə iqtisadi cəhətdən Rusiyadan daha da asılı olsun, iqtisadiyyatına qoyulacaq sərmayələri uzaqlarda, Qərbdə, İranda, Çində axtarsın.
Azərbaycan-Rusiya müqaviləsi bir daha onu sübut edir ki, Rusiyanın iqtisadi, təhlükəsizlik sferasındakı maraqları tamam başqa yerdədir. Ermənistanla "müttəfiqlik" isə yalnız kağız üzərindədir.
Bununla yanaşı neft qiymətlərinin düşməsi və Qərbin tətbiq etdiyi sanksiyalar nəticəsində Rusiya iqtisadiyyatının böhran keçirməsi fonunda rus investisiyaları bu gün rersrektivsiz sayıla bilər. Belə baxanda burada qısqanılacaq heç nə yoxdur, dərs çıxarmaq və tələsmək lazımdır.
Rusiya iqtisadiyyatında ilk silkələnmə Ermənistan iqtisadiyyatını məhv edəcək. Rusiya maliyyə naziri Aleksey Kudrinə görə bu yalnız iqtisadi böhranın çiçəkləridir.
Ermənistan buna hazırlaşmalı və Rusiya karitalına olan münasibəti dəyişməlidir. Ermənistan xarici sərmayələr üçün üzünü artıq başqa istiqamətə tutmalıdır".
Erməni müəllif ölkəsinin Rusiya ilə iqtisadi əlaqələrini dayandırmağı və qoyulacaq sərmayələri Qərbdə, İranda, Çində axtarmağı təklif edir. Fəqət nədənsə, ölkəsinin irili-xırdalı bütün sənaye müəssisələrini, hər şeyini borc müqabilində Rusiyaya uzunmüddətli icarəyə verildiyini unudur. Müstəqillik atributlarının da daxil olduğu hər şey Rusiyanın icarəsindədir. Ermənistanı faktiki olaraq Rusiyanın forrostuna çevirib. Bundan qurtuluş varmı?