

14 Mart 08:53
Putin fəlakətli insan itkilərinə səbəb olacaq müharibəni seçdi.
Bunu ABŞ Prezidenti Cozef Bayden deyib.
C.Bayden qeyd edib ki, ABŞ, onun müttəfiqləri və tərəfdaşları Rusiyanın hərəkətlərinə vahid və qəti cavab verəcəklər.
C.Bayden cümə axşamı amerikalılara müraciət edəcək və Rusiya lideri Vladimir Putinin elan etdiyi xüsusi hərbi əməliyyatla əlaqədar ABŞ, müttəfiqləri və tərəfdaşlarının görəcəyi tədbirləri açıqlayacaq.
"Mən bu axşam Ağ Evdən vəziyyəti izləyəcəyəm və yerli təhlükəsizlik komandamdan müntəzəm olaraq xəbərləri almağa davam edəcəyəm. Sabah səhər mən G7 həmkarlarımla görüşəcəyəm və sonra Amerika xalqına müraciət edərək Birləşmiş Ştatların, müttəfiqlərimizin və tərəfdaşlarımızın Rusiyaya qarşı gələcək addımlarını elan edəcəyəm", - deyə C.Bayden bildirib.