Mirzə Almasov HDQ-yə komandan gətirilir Hadisə

Mirzə Almasov HDQ-yə komandan gətirilir

Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı postuna Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, general-mayor Mirzə Almasovun namizədliyi təqdim olunub.
Bu barədə APA-ya Müdafiə Nazirliyindəki mənbə məlumat verib.
Mənbə bildirib ki, M. Almasov ixtisasca dənizçidir, hazırda Azərbaycan Silahlı Qüvvələrində ən yüksək rütbəli hərbi dənizçi də məhz odur.
Qeyd edək ki, general-mayor M. Almasov HDQ-nə komandan təyin olunduqda kontr-admiral rütbəsini daşıyacaq.
HDQ komandanı vəzifəsinə namizəd dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş komandanı tərəfindən təyin olunur.
Qeyd edək ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov martın 11-də vəzifəsindən azad edilib.