"Fransa Makronun yarıtmaz siyasətinin qurbanına çevrilir" Dünya

"Fransa Makronun yarıtmaz siyasətinin qurbanına çevrilir"

Fransada insan hüquqları qorunmur, Makron hakimiyyəti haqqını tələb edən, hakimiyyətin yarıtmaz siyasətinə etiraz edənlərə divan tutur.

Bunu xalqcebhesi.az-a siyasi şərhçi Füzuli Kərimov deyib.

O, qeyd edib ki, özünü demokratiyanın beşiyi sayan, digər ölkələrdə demokratiya axtaran, insan haqlarının pozulduğunu iddia edən Fransa bu gün dizedyəfir: "Makron Hakimiyyəti ölkəni uçuruma sürükləyir. Ölkədə söz azadlığı, demokratiya, insan haqları pozulur. Etiraz aksiyalarında insanlar qəddarlıqla üzləşirlər. Avropa, beynəlxalq təşkilatlar isə buna göz yumur, Fransa Makronun yarıtmaz siyasətinin qurbanına çevrilir".

Xatırladaq ki, oktyabrın 17-də Parisdə və Fransanın digər şəhərlərində yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib. Təşkilatçıların hesablamalarına görə, aksiyalarda 800 min nəfər iştirak edib. İğtişaşlardan sonra saxlanılanların ümumi sayı 2700 nəfərə çatıb.

Cavid