Fransız Polineziyasından dəstək aksiyasının iştirakçısı: Gənclərimizin Bakıda yarışması bizi sevindirir Hadisə

Fransız Polineziyasından dəstək aksiyasının iştirakçısı: Gənclərimizin Bakıda yarışması bizi sevindirir

Gənc nəslin Bakıya gəlib yarışlarda iştirak edə bilməsinə çox sevinirik. Biz də məhz buna görə buradayıq.

Bunu Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edən Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui–Tahiti) komandalarına dəstək aksiyasında Fransız Polineziyasından olan Touhani Leska deyib.

O, həmkarı Moitini ilə birlikdə müstəqillik tərəfdarı olan “Tavini” siyasi qrupunu təmsil etdiklərini bildirib.

“Biz futbol komandamıza dəstək olmaq üçün buradayıq”, – deyə Touhani Leska qeyd edib.