Qəbələdə iki “Opel” toqquşub, 3 oğlan xəsarət alıb Hadisə

Qəbələdə iki “Opel” toqquşub, 3 oğlan xəsarət alıb

Dünən axşam saatlarında Qəbələ şəhəri ərazisində “Opel” markalı iki avtomobil toqquşub.

APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə nəticəsində nəqliyyat vasitəsində olan sərnişinlər- 16 yaşlı Elcan Əşrəfov, 19 yaşlı Samin Osmanov və 16 yaşlı Osman Abdul Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.