16:36
616
Keniyanın paytaxtı Nayrobidə tikilməkdə olan çoxmərtəbəli binanın uçması nəticəsində bir neçə nəfər dağıntılar altında qalmış ola bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Star" qəzeti məlumat yayıb.
Məlumata görə, hadisə İstli (Eastleigh) rayonunda baş verib. Tikilməkdə olan 18 mərtəbəli bina uçub. Hadisə yerinə xilasetmə xidmətləri cəlb olunub və onlar dağıntılar altında insanların axtarışını aparırlar.
Nəşrin qeyd etdiyinə görə, polis xilasedicilərin işinə və təcili yardım maşınlarının hərəkətinə mane olan Hadisə yerinə toplanmış izdihamı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Ölənlərin və yaralananların sayı haqqında hələlik rəsmi məlumat daxil olmayıb. Binanın uçduğu anda daxildə ola biləcək insanların dəqiq sayı da məlum deyil.
Məryəm Quliyeva