"Netenyahu seçicilərin səsini qazanmaq istəyir" Dünya

"Netenyahu seçicilərin səsini qazanmaq istəyir"

İsrail baş naziri Benyamin Netanyahunun İranla bağlı seçicilərə ünvanladığı "Ya biz onları məhv edəcəyik, ya da onlar bizi", "Seçicilər məhz buna qərar verməlidirlər", "İrana son zərbə" və sairə deyərkən, mesajın hədəfi əslində daxili auditoriyaya hesablanıb. Məqsəd oktyabrın 27-də ölkədə keçiriləcək parlament seçkilərində yenidən ölkənin baş naziri postuna seçilməkdir. Əslində bu ritorika heç də diplomatik ifadə deyil və hesab edirəm ki, çox sərt mesajdır və populist çıxışdır. Burada İsrail baş naziri İranla qarşıdurmanı uzunmüddətli təhlükəsizlik problemi olaraq yox, İsrail dövlətinin mövcudluğu ilə bağlı həyati mübarizə kimi təqdim edir. Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib. "Bu da heç şübhəsiz ki, yaxın günlərdə ölkədə keçiriləcək parlament seçkilərində seçicilərin səsini almaq məqsədi daşıyır və işlətdiyi "son zərbə" ifadəsi isə, hərbi əməliyyatların həlledici mərhələyə çatdığını işarə edir və bunu başa çatdırmaq üçün seçicilərə " məhz mənə yenidən səs versəniz, bu işi uğurla başa çatdıraram, deyir. Yəni "onları biz məhv edərik" deyir. Yox əgər mənə səsinizi verməzsəniz, artıq burda, onların bizi məhv etmək şansı var. Sonda isə, "seçicilər buna məhz qərar verməlidir" deyir" -o, qeyd edib. Onun fikrincə, Netanyahunun qurduğu cümlələrin hər biri elektorata hesablanıb və bunu da onun seçki kompaniyasının tərkib hissəsi olaraq oxumaq olar: "O İranla qarşıdurmanı seçicilərin qarşısında duran əsas təhlükəsizlik məsələlərindən biri kimi qoyur və bu səbəbdən də məhz onların etimadını qazanmağa çalışır. İranla bağlı verdiyi bəyanatlar öz həllini tapmadı.İranın nüvə proqramı və hərbi potensialını sıradan çıxarmaq mümkün olmayıb və İranın siyasi hakimiyyətini dəyişmək də mümkün olmadı. İranın regional təsirini tam olaraq zəiflədə bilmədilər. Bütün bunlar Netanyahu hökumətinin getməsi üçün, seçicilər qarşısında ciddi səbəblərdir. Bu baxımdan hesab edirəm ki Netanyahunun İranı tamamilə son zərbə ilə məhv etmək haqqında verdiyi açıqlaması, seçki kompaniyasında müvəffəqiyyət qazanmaq üçün istifadə olunan təbliğatdan başqa bir şey deyil".
Cavid