16:56
539
Azərbaycan Premyer Liqasının IX turunun açılış matçında “Araz-Naxçıvan” və “Qəbələ” komandaları qarşılaşıb.
Şamaxı şəhər stadionunda baş tutan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Əkbər Əkbərzadənin idarə etdiyi qarşılaşmada “Qəbələ”nin qollarını İsmael Akinade (8-ci dəqiqə) və İsaak Amoah (48-ci dəqiqə) vurublar. Meydan sahiblərinin yeganə qoluna isə Mohamed Mara (36-cı dəqiqə) imza atıb.
Bu nəticədən sonra Yuri Maksimovun rəhbərlik etdiyi “Qəbələ” 7 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Hələ qələbə qazanmayan “Araz-Naxçıvan” isə 2 xalla sonuncu – 12-ci yerdədir.