“Azərbaycan dövləti gənclər siyasətinə oluqca böyük önəm verir” Hadisə

“Azərbaycan dövləti gənclər siyasətinə oluqca böyük önəm verir”

Aydın Mirzəzadə: "Son dövrlər dolların qiymətinin qalxması, neftin qiymətinin düşməsi müəyyən çətinliklər yaradır"

"Atılan hər bir addım ilk növbədə gənclərimizin bu həyatda özlərinə inamlı yer tutması üçündür". Bu fikirləri millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili bildirib ki, Azərbaycan dövləti gənclər siyasətinə oluqca böyük önəm verir: "1996-cı il 2 fevral tarixində Heydər Əliyevin gənclərlə görüşündən sonra həmin gün Gənclər Günü kimi qeyd olunmağa başladı. Hər il 2 fevral ərəfəsində cəmiyyət gənclərlə iş, gənclərin uğurları, gənclərə qayğı məsələlərinə bir daha qayıdır. Hesab edirəm ki, bu gün Azərbaycan gəncliyi ona diqqət edən, onun problemlərinin az olmasına çalışan, təhsilinin, işlə təminatının, sosial vəziyyətinin yüksək olmasına səy göstərən dövlətinin olması ilə fəxr etməlidir". Onun sözlərinə görə, son dövrlər ABŞ dollarının qiymətinin qalxması, neftin qiymətinin düşməsi müəyyən çətinliklər yaradır: "Ancaq aparılan işlər, yürüdülən siyasət bu çətinliklərin Azərbaycan üçün minimal olmasına gətirib çıxarır. Cənab Prezident bu məsələlərə dəfələrlə toxunaraq qiymətlərin artmaması, iş yerlərinin ixtisar olunmaması ilə bağlı öz tövsiyələrini verdi. Bu da öz nəticələrini verir". Azərbaycan gəncliyinin dövlət quruculuğunda inamlı yerini tutduğunu deyən Aydın Mirzəzadə, eyni zamanda, Azərbaycan gəncinin bu gün səngərdə əsgər, aparıcı klinikalarda həkim, ölkəsini dünyada layiqincə təmsil edən diplomat, sadə bir iş adamı olduğuna da bildirib: "Ümumilikdə gənclərimiz təhsil almaqda, öz kariyerasını və xoşbəxt ailəsini qurmaqda dövlətinin dəstəyini hiss edir. Bu siyasət var və bundan sonra da davam edəcək".