21 Noyabr 13:45
20 Noyabr 17:01
20 Noyabr 15:39
25 İyul 11:31
3 619
Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi milli hava məkanını pozan daha bir PUA-nı məhv edib.
Xalqcebhesi.az xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi bu gün ərzində artıq ikinci dronun vurulduğunu bildirib.
"Bu gün səhər saat 08:22-də Rumıniya HHQ-nin həmin F-16 qırıcısının sükanı arxasında olan eyni rumıniyalı pilot, eyni tərəfdaşın dəstəyi ilə Rumıniyanın hava məkanına daxil olan ikinci dronu vurub", — deyə müdafiə idarəsinin "Facebook" səhifəsindəki bəyanatında bildirilir.
Müdafiə Nazirliyindən vurğulanıb ki, pilotsuz uçuş aparatı Ukrayna ilə sərhəd yaxınlığındakı kimsəsiz ərazidə məhv edilib.
Xatırladaq ki, ötən gün Rumıniya prezidenti Nikuşor Dan da analoji insident barədə məlumat vermişdi.
Məryəm Quliyeva
21 Noyabr 13:54
1 547
21 Noyabr 13:45
1 694
20 Noyabr 17:01
1 890